Zərdüşt Əlizadə Ermənistana səfərdən danışdı: “Xalqımızın səviyyəsi təəssüf ki, geridir...“

saytların hazırlanması

Evə çatdırılma

Zərdüşt Əlizadə Ermənistana səfərdən danışdı: “Xalqımızın səviyyəsi təəssüf ki, geridir...“

Siyasət

21 Fevral 2022 17:28 9556


Fevralın 22-də İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcək.

Cəmiyyətdə belə bir fikir yaranıb ki, deputatların Ermənistana səfərindən sonra hüquq müdafiəçilərinin, sənət adamlarının səfərləri başlayacaq və yavaş-yavaş bütün münasibətlər normallaşacaq.

Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanla Azərbaycan münasibətlərinin normallaşmasına müsbət yanaşdığını bildirib: pizza mizza

“Ermənistanla münasibətlərin normallaşmasına müsbət baxıram. Hər zaman arzulamışam ki, Azərbaycan və Ermənistan dövlətləri, Azərbaycan və erməni xalqları barışsın. Bu tamamilə təbii və müsbət qarşılanacaq halır".

Zərdüşt Əlizadə imkan olarsa, Ermənistana gedib-getməyəcəyinə də münasibət bildirib:

“Mən Ermənistanda çox olmuşam. 1990, 2000-ci illərdə getmişəm. Mənim üçün Ermənistana səfər problem deyil. Mədəni insan qonşu ilə görüşməli və danışmalıdır. Arada ixtilaf olsa belə, sözlə müzakirə aparmaq mədəni insana yaraşır.

Xalqımızın səviyyəsi təəssüf ki, geridir və bu cür münasibətlərə normal yanaşmır. Hər kəsin fərqli düşüncəsi var. Buna görə də, fərqli yanaşmalar yaranır və bu yanaşmalara təmkinli yanaşılmalıdır”.

Mehri QURBAN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Novruz
    O dəyyusa deyin ki, sən heç atabir-anabir qardaşınla necə illərdir küsülüsən. Sən kimi bəyənmir, kimə ağıl verirsən? "Xalqımızın səviyyəsi təəssüf ki, geridir və bu cür münasibətlərə normal yanaşmır."
    4 years ago