Sosial mediada son vaxtlar "SpaceX" şirkətinin sahibi İlon Mask haqqında yeni fərziyyələr ortaya çıxıb.
"Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, İlon Maskın zaman səyahətçisi olduğu iddia olunur. Buna sübut olaraq da Reymond Kollişou adlı gənc pilotun I Dünya Müharibəsi dövründən qalma fotosu paylaşılır. Foto 1914-cü ildə Kanadada çəkilib. Həmin fotodakı oğlanın İlon Mask olduğu deyilir.
Mask isə haqqındakı iddialara maraqlı reaksiya verib.
"Mən əslində üç min yaşında bir vampirəm. Əsrlərdir ki, saxta şəxsiyyətlərin ardına gizlənirəm", - deyə iş adamı kinayə ilə bildirib.
Sabrina Eldarqızı Telegram kanalımız