“Mən heç kəsdən qorxmuram, çəkinmirəm...” – Çingiz Abdullayev

“Mən heç kəsdən qorxmuram, çəkinmirəm...” – Çingiz Abdullayev

Yazar Veb saytların hazırlanması

28 Aprel 2019 18:57 2727


“Mən o statusu yazarkən “İçərişəhərdə”ki tikinti işlərini görməmişdim. Bakıya gələndən sonra gedib baxdım. Gördüm ki, doğrudan da divara heç nə olmayıb. Orada yalnız restoran sökülür”. 

“Yeni Sabah” xəbər verir ki, bunu xalq yazıçısı Çingiz Abdullayev deyib. O, İctimai Televiziyaya müsahibəsində bildirib ki, o sonradan sosial şəbəkədə yazıb ki, deyilənləri gedib öz gözü ilə görüb: “İndi də mənə yazırlar ki, niyə gedib baxırsan? 

Mən yazanda ki, bu şəhəri müdafiə etməyə hazıram, dərhal mənə yazırdılar ki, “hə biz də hazırıq, edək”...  Axı bu düz deyil. Mən dedim ki, şəhəri müdafiə etmək, demədim ki, çıxıb təxribat edək. İndi deyəcəklər ki, nədənsə qorxuram. Burada deyirəm, heç kəsdən qorxmuram, çəkinmirəm. Şəhəri müdafiə etmək lazım olanda, birinci mən olacağam. Amma mənim bunu deməyim o demək deyil ki, bundan istifadə edib çıxıb kiminsə əleyhinə təxribat düzəldəsiniz. Bu qəti düzgün deyil”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!