“Mən heç vaxt Novruz bayramında barışmamışam”

saytların hazırlanması

Evə çatdırılma

“Mən heç vaxt Novruz bayramında barışmamışam”

Yazar

07 Mart 2023 14:03 12266


“Mən heç vaxt Novruz bayramında kimlə barışmamışam, çünki heç kəslə küsməmişəm”.

Bunu Yenisabah.az-a tanınmış yazıçı Seyran Səxavət deyib.

O, Azərbaycan dilinə ögey münasibətdən gileylənib: pizza

“Niyə küsülülər indi barışmırlar? Çünki heç kimin sözü heç kimin boğazından keçmir, keçməyəcək də. Azərbaycan dili reanimasiya vəziyyətindədir, Azərbaycan dili xəstədir. Uzun illərdir özüm deyib özüm eşidirəm ki, Azərbaycan dili öz boy-buxununu, mənliyini, şəxsiyyətini, mövqeyini itirə-itirə gedir. Amma bu heç kəsin vecinə deyil. O cümlədən dillə bilavasitə işləyənlərin. 

Məncə, insanların özündənrazılığının səbəbi, təkəbbürlü olması ancaq Azərbaycan dilinin reanimasiya vəziyyətində olmasındadır. Baiskar isə Azərbaycan televiziya məkanı, qəzetlər, saytlar, seriallar, tərcümə olunmuş filmlər və s.-dir. 

Dilimizin korlanması ilə bağlı bir misal çəkmək istərdim. Azərbaycan televiziyası deyir ki, marallar çox tez-tez hamilə olur. Maral hamilə olmur, qadın hamilə olur, maral isə boğaz olur. Yəni dilimizdə, danışığımızda heyvanla anamıza fərq qoymayanda həyatda da fərq qoymamağa başlayırıq. Bu da böyük faciələrə gətirib çıxarır”.

Pünhan Həsənova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!