“Mən həmişə ona görə narahatam...” 

saytların hazırlanması

Evə çatdırılma

“Mən həmişə ona görə narahatam...” 

Siyasət

26 Avqust 2019 05:45 2029


Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

“Yeni Sabah” bildirir ki, Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.

2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. Dominos pizza

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. 

“Yeni Sabah” Mehriban Əliyeva haqqında atası, akademik Arif Paşayevin fikirlərini təqdim edir:

“Mehriban doğulandan çox fəal olub. Bəzən mənə elə gəlirdi ki, o, Nərgizdən böyükdür. Onların uşaqlığını hər anına kimi xatırlayıram. 

Yadımdadır, onu hər dəfə məktəbə gətirəndə müəllimlər mənə nəsə bir xoş söz deməyə çalışırdılar. O, elə gözəl idi!... 

Biz küçədə gedəndə adamlar ayaq saxlayıb bu balaca qızcığazla görüşər, onu danışdırardılar. Olduqca xeyirxah insandır. Düşünürəm ki, bu, xüsusi bir xeyirxahlıqdır - mərhəmətlə dolu bu dünyanın sərhədi yoxdur. Bu dünyanın özülü səmimi hislərlə, insani duyğularla qoyulub. Başqasının kədəri onu elə sarsıdır ki, dərhal əlindən gələn köməyi göstərmək üçün tələsir...

Mən həmişə ona görə narahatam, çünki o, meydana çıxıb, hədəfə çevrilib. İnsanlar, sadə insanlar daim ondan danışırlar. Ümumiyyətlə, əhalinin bütün təbəqələri ona öz rəğbətini bildirirlər və o da belə atmosferdə səhv etməməlidir. O, heç bir, hətta xırda qüsurlara da yol verməməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!