“Mən Nostradamus deyiləm” – Məmmədyarov

saytların hazırlanması

Evə çatdırılma

“Mən Nostradamus deyiləm” – Məmmədyarov

Siyasət

01 Aprel 2022 12:44 557


“Mən Nostradamus deyiləm ki, 5 ildən və ya 50 ildən sonra bu vəziyyətlərin necə olacağını bilim”.

“Yeni Sabah” xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən deyib.

O bildirib ki, separatçıların fəaliyyətinə baxılanda bilinir ki, onların gələcəyi yoxdur: Dominos pizza

“Oradan çəkilişlər yayılır və görünür ki, onlar necə vəziyyətdədirlər. İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri, böyük inkişaf onlara ciddi dərs olacaq. Ermənilərin Azərbaycan vətəndaşı olmağı seçməsi bir qədər zaman alacaq. Çünki Çeçenistan müharibə etdi, amma sonda anladı ki, Rusiyanın tərkibində qalsa, inkişaf olacaq. İndi də Qarabağda mövcud vəziyyəti görürük”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!