“Mən özüm ağdamlıyam, oradan seçilmiş deputatam” - Bəxtiyar Sadıqov

saytların hazırlanması

Evə çatdırılma

“Mən özüm ağdamlıyam, oradan seçilmiş deputatam” - Bəxtiyar Sadıqov

Siyasət

14 Fevral 2019 14:04 1264


“Çox təəssüflər olsun ki, Azərbaycan dövləti öz vətəndaşlarına, müxalifətə, QHT-lərə, ayrı-ayrı qurumlara demokratik qaydada yanaşanda, onun müraciətlərinə hüquqi, əsaslandırılmış şəkildə cavab verəndə bunu bəziləri sosial şəbəkələrdə "iqtidar bizdən qorxdu" kimi qələmə verirlər, belə qiymətləndirməyə çalışırlar”. 

Bunu “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib. O, hakimiyyətin mitinqlərdən çəkinmədiyini düşünür. B. Sadıqov bildirib ki, əgər dövlətimiz Fransada olduğu kimi mitinqi adamları döyməklə, insanların gözünü çıxarmaqla, 11 nəfəri öldürməklə dağıtsa, o zaman deyəcəklər ki, dövlət güclüdür və ya bizdən qorxmur? Belə olanda razı qalacaqlar? “Yaxud Amerikadakı kimi, polis şübhələndiyi adama, onun əmrinə tabe olmayana güllə atıb öldürsə, yaralasa, o zaman da deyəcəklər ki, dövlət güclüdür? Görün necə məntiqsiz yanaşmadır. Hesab etmirəm ki, Azərbaycan iqtidarı adamlardan, mitinqlərdən qorxsun. Prezidentimiz iki gün öncə televiziyaya müsahibə verdi və o müsahibədə də dedi ki, kim bizim haqqımızda nə deyirsə desin, biz hər şeyə, hər deyilənə öz işimizlə cavab vermişik. Azərbaycanda demokratiya, müxalifət var. İnsanlar öz fikirlərini sərbəst ifadə edə bilirlər.

Anlamıram, əgər sənin qəzetin, saytın varsa, o zaman niyə birləşib “Məhsul stadionu”nu doldurmaq istəyirsiniz? Bu, nə yanaşmadır. Əgər sənin söz deməyə, adamlarını başına yığıb fikirlərini onlara çatdırmağa kifayət qədər vasitən varsa, iqtidara müxtəlif mətbuat orqanları vasitəsilə fikirlərini çatdıra bilirsənsə, bundan ötrü yığışmağa nə gərək var? Deməli, hökmən insanlara mane olmaq lazımdır. Orada görünmək partiya rəhbərlərinə lazımdır ki, bunun vasitəsilə qrant alsınlar. İşi-gücü olan adam şənbə-bazar günləri gedib dincələr, ailəsi ilə vaxt keçirər. Mitinqdə haqlı və ya haqsız qışqırıb-bağırmaq, kiməsə böhtan atmaq vaxtı keçmiş mübarizə üsuludur. Hesab edirəm ki, indiki vaxtda Azərbaycanda mitinq keçirməyə, sözünü mitinq formasında deməyə heç bir gərək yoxdur. Əgər kimsə hesab edirsə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı o mitinqdə tribunadan danışmaqla onun dediyi həyata keçəcək yaxud nəsə dəyişəcək, əmin olun ki yanılır. Mən özüm ağdamlıyam, oradan seçilmiş deputatam”. pizza sifarişi

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!