“Mən piano ilə sevişirəm, onu doğuzdururam“ - Elza yenə coşub-daşdı

saytların hazırlanması

Evə çatdırılma

“Mən piano ilə sevişirəm, onu doğuzdururam“ - Elza yenə coşub-daşdı

Şou

04 May 2019 08:05 2793


Əslində seks pis şey deyil ki. Sevgidi də seks. Mahnının əmələ gəlməsi də bir seksdi belə baxanda. Mən piano ilə sevişirəm. Onu doğuzdururam. Və bir mahnı yaranır, əsər yaranır. 

Bunu əməkdar artist Elza Seyidcahan müsahibəsində deyib.

E. Seyidcahan qeyd edib ki, o seksual şeirlər yazmır: pizza

"O əsərlə mən yaşayıram. Kim yozursa özü elə başa düşür deyə elə yozur. Yox əgər şeirimdə eşq tapırlarsa, mən onlara da hörmətlə yanaşıram. Amma hər şeydə məhəbbət olmalıdı, eşq olmalıdı". 

Artist qeyd edib ki, hələ də borclu qaldığı adamlar var:

"Desəm inanmazsan. Kürəkənim Elxan demişdi ki, konsertə on gün qalmış şou-proqramlara getməyim. On nədi, bir gün qalmış – sabah kosertdi e – durdum getdim şou-proqrama. Bir saat oxudum ki, o pulla kiminsə haqqını ödəyə bilim. Bircə aparıcıdan xahiş elədim ki, deməsin səhər konsertim olduğunu. Camaat mənim haqqımda nə fikirləşər? Konsertin səhəri günü də elə onun kimi. Kim olsa mənim yerimə, o boyda dəsgahdan sonra tərpənə bilməz. Yenə yollandım şou-proqrama. Oxudum, pulumu qazandım".

Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!