“Mən xoşbəxtəm ki, Ankara ilə dialoqu bərpa etdik - Ermənistan prezidenti

saytların hazırlanması

Evə çatdırılma

“Mən xoşbəxtəm ki, Ankara ilə dialoqu bərpa etdik - Ermənistan prezidenti

Siyasət

24 İyul 2023 13:35 624


“Ermənistan qonşuları ilə mehriban münasibətlər qurmaq istəyir, ona görə də Ermənistan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmaq yolunu tutdu”. 

Yenisabah.az “La Repubblica”ya istinadla xəbər verir ki, bu sözləri İtaliyada işgüzar səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyan müsahibəsində bildirib. 

“Mən xoşbəxtəm ki, bu qədər ildən sonra Ankara ilə dialoqu bərpa etdik. Biz gələcəyə baxmalıyıq və görməliyik ki, uşaqlarımızı hansı bölgədə qoyub getmək istəyirik. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq”, - Xaçaturyan bildirib.  pizza sifarişi

Prezident vurğulayıb ki, Ermənistan regionda sabit və davamlı sülhə nail olmaq, qonşuları ilə balanslaşdırılmış və qonşuluq münasibətləri qurmaq mövqeyinə tam sadiqdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!