““Zəngəzur dəhlizi Azərbaycan üçün açıqdır" statusunu 6 ay əvvəl, Qaragoıdə XTQ-mizin növbəti zəfərindən sonra yazmışdım. Bu status, erməni tərəfinin ərşə çıxan bağırtılarını, onlarla düşmən əsgər itkisini və əsirlərini, həm də Qarakilsə istiqamətində mövqelərimizin vəziyyətini nəzərə alınması ilə ortaya çıxmışdı”.
“Yeni Sabah” xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, həmin vaxt onu “top atəşinə tutanlar” bu gün böyük həvəslə "Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı Brüsseldə Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflərin razılığa gəldiyini bildirib" başlığı ilə yazılar paylaşır:
“Heç olmasa, o zaman yol verdiyiniz səhvə görə statusun sonuna nəsə əlavə edin. Rəsmi məlumat olandan sonra onu rəhmətlik Gülgəzər nənəm də şərh edər”. pizza hut
Telegram kanalımız