“Mənasız 7, 40, il mərasimlərinə xərclənən pullar...”   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Mənasız 7, 40, il mərasimlərinə xərclənən pullar...” - Deputat

Din

28 Aprel 2020 10:55 1026


“Koronavirusun ən böyük mənəvi xeyri dünyada iddia edirəm ki, Azərbaycan xalqına dəyib. Ay yarımdır insanlar adam kimi sakitcə, təmtəraqsız, mollaların at oynatdığı məclislərdən uzaq, ölüsünü dəfn edib gəlib evində gələcək qayğıları ilə məşğul olurlar. Mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalıb”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa özünün facebook hesabında yazıb. Deputat qeyd edib ki, müasir texnologiyanın köməyi ilə, yaxud da sosial şəbəkədə “Allahdan rəhmət!” diləməklə israfçılığın da qarşısı alınıb.

Fazil Mustafa fikrini bu sözlərlə tamamlayıb: “İndi hünər odur ki, bu yobaz dinçi ünsürlərin müqavimətini qıraraq epidemiya təhlükəsindən sonra da elə bu cür davam edilsin. İsrafsız dini mərasimləri bir ənənəyə çevirmək artıq dövlətin həm təbliğat, həm də tətbiqat baxımından görəcəyi ən vacib işlərdən biridir”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!