Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov son günlər şəxsinə və REAl Partiyasına yönəlik mediada, o cümlədən sosial mediada) yayılan tənqidlərlə bağlı açıqlama verib.
Partiyanın mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan açıqlamada İ. Məmmədov bildirib ki, ona və REAL qarşı başlanılan yeni təbliğat dalğasından referendum və növbədənkənar seçki qoxusu gəlir:
“Hakimiyyət çox narahatdır ki, partiyamızın son 1-2 ayda daha fəal təqdim etdiyi təşəbbüslər geniş rəğbət qazandıqca, qarşıdakı seçkinin həqiqi gündəminə çevrilər. Marqarita pizza
Ərzaq üzərinə qoyulan ƏDV-nin 18%-dən 2%-ə endirilməsi ideyası, qazilərin sosial müdafiəsi ilə bağlı hələ ötən il təqdim etdiyimiz 14 bənddən ibarət proqram, Böyük Qayıdışla, eləcə də pandemiya siyasətinin faciəvi iflası ilə bağlı Azərbaycanda normadan artıq – 37 min nəfərin ölməsi və bunun məsuliyyəti, memarlıq siyasəti ilə, sərməyə iqlimi ilə bağlı qaldırdığımız mövzular, Bakı və digər böyük şəhərlərə mer tələbimiz və s. Bunlar hamısı qarşıdakı seçkidə gündəmə çevrilə bilər.
Ona görə də hakimiyyət nə etməli idi? Bəli, yenə də bayağı, mənəviyyatbaz, yekəbaş mövzularla gündəmi qarışdırmaq, gündəmi həmin mövzulara qədər daraltmaq və beləliklə, seçkidə öz istədiyinə nail olmaqdır. Hazırda bu, baş verir. Ona görə də mən deyirəm ki, mənə və REAL-a qarşı başlanılan bu yeni kompaniyadan referendum və növbədənkənar seçkinin qoxusu gəlir”.
Telegram kanalımız