“Mənfi əməllərini müzakirə etməklə onun...” - Elşad Miri Cabir İmanovla bağlı danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Mənfi əməllərini müzakirə etməklə onun...” - Elşad Miri Cabir İmanovla bağlı danışdı

Din

01 Oktyabr 2025 00:01 33216


Dünyasını dəyişəndən sonra tanınmış insanların haqqında müsbət və ya mənfi fikirlər səsləndirənlər görürük. Sanki ölüm hadisəsindən nəticə çıxarmaq əvəzinə həmin insanı mühakimə etməyə çalışırlar.

Bu sözləri Axar.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri əməkdar artist Cabir İmanovun vəfatından sonra bəzilərinin onun haqqında neqativ faktları paylaşmasına cavab olaraq deyib.

“Bəqərə” surəsinin 141-ci ayəsində rəbbimiz buyurur ki, bizdən əvvəl ümmətlər var ki, gəlib, getdilər. Onların qazandıqları özlərinə, bizim qazandıqlarımız isə bizə aid olacaq. Yəni siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız. pizza sifarişi

Ona görə də biz özümüzə aid olan məsələləri gündəmə gətirməliyik. Bu məsələdən özümüz üçün nəticə çıxarmalıyıq ki, ölümün yaşı yoxdur. Mən bu dünyada necə, nə üçün yaşayıram və nə edirəm, insanlar məndən zərər və ya xeyirmi görür və s. kimi suallara tapdığımız cavaba əsasən həyatımızı tənzimləməliyik.

Artıq dünyadan köçən insanların haqqında danışmağın bir mənası yoxdur. Mərhumun mənfi əməllərini müzakirə etməklə onun yaxınlarına, ailəsinə əziyyət veririk. Ölənlərin ardınca hansısa pis əməlini müzakirə etmək etik deyil və uyğun görülmür.

Allahdan aktyorumuza rəhmət, yaxınlarına isə səbr arzulayıram. Allah günahlarını bağışlasın”, - deyə ilahiyyatçı bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Cabir çox və əsl şəhər uşağı idi. Cabir ilə bir Təkrar Qarşılaşacağız Növbəti Həyatda. Cabir ölmədi, Yox olmadı, sadəcə olaraq Vəfat etdi, Dünyasını Dəyişdi, Növbəti Həyatda Görüşmək üzrə.
    7 months ago
  • behruzmuradov12@gmail.com
    Salam gözəl insan, allah səndən razı olsun,əsl musəlmansan.Allah aktyorumuza rəhmət etsin.
    7 months ago
  • Vazeh
    Ölməyə qalsa, hər kəs öləcək. Lakin bütün ictimai və ictimai-siyasi fiqurların öləndən sonra da müzakirəsi təbiidir. Buna dair minlərlə nümunələr gətirmək olar.
    7 months ago
  • Vazeh
    Ölməyə qalsa, hər kəs öləcək. Lakin bütün ictimai və ictimai-siyasi fiqurların öləndən sonra da müzakirəsi təbiidir. Buna dair minlərlə nümunələr gətirmək olar.
    7 months ago
  • Ülviyyə
    Elşad Miri-ni gözü götürməyənlərə ALLAH LƏ'NƏT ETSİN
    7 months ago
  • Ülviyyə
    Elşad Miri-ni gözü götürməyənlərə ALLAH LƏ'NƏT ETSİN
    7 months ago
  • R.Bağırov
    Salam, təşəkkür edirəm səndən ibrət götürsünlər. Hər şey açıq-aydın qeyd olunub. Allah rəhmət eləsin
    7 months ago