Məni bağışla, ey günahkarları bağışlayan! – İlk dua

saytların hazırlanması

Evə çatdırılma

Məni bağışla, ey günahkarları bağışlayan! – İlk dua

Din

06 May 2019 05:27 1583


Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edib.
Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür. Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.
“Yeni Sabah” müqəddəs Ramazan ayının 1-ci gününün təqvimi və duasını təqdim edir.
01 ramazan 1438 – 6 may 2019
İmsaq: 03:57
İftar: 19:56
Birinci günün duası:
Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.
Tərcüməsi: İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!