“Məni ölkədən deport edəcəksiniz?” - Tolik

saytların hazırlanması

Evə çatdırılma

“Məni ölkədən deport edəcəksiniz?” - Tolik

Şou

29 Yanvar 2019 16:51 1083


"Tolik mənim də arxamca danışırdı. Mən də onun cavabını verdim. Mənə zəng vurub, deyir, niyə belə? Sənə olar danışmaq, bizə yox? Demək, sənə hər şey demək olar. Amma səndən də çox məşhur olan, işlər görən, imkanı olan insanlardan biri də bizik. Bir müddət keçəndən sonra gördüm proqramda qurdluluq edib, sataşmağa başlayıb. Anladım ki, bu insanın xasiyyəti belədir, düzəlməz. Onun 18-20 yaşı yoxdur, düzələ. Nə olsun səhər 2 saat efirə çıxırsan. O demək deyil ki, hər kəsə qadağa qoya, neqativ ötürə bilərsən".

Bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli "3 canlı" verilişində prodüser Tarix Əliyevin (Tolik) ünvanına deyib. O, Toliklə münasibətlərinin yaxşı olmadığını bildirib. 

Rəhimin efirdə söylədiyi sözlər cavabsız qalmayıb. Tolik ona İnstaqram səhifəsində cavab verib: "Niyə həmişə bəzi kişi cildində olan, amma içində qadın olan müğənnilərin xoşuna gəlməmişəm? Nə edim sizin kimi gecələr Tarqovuda dumanlı başımla gəzim? Yoxsa sizin kimi ortalıqda qalım? Bəs mən nə edim, açım ağzımı? Nə edəcəksiniz, məni ölkədən deport edəcəksiniz? Necə ki, vaxtında gecə ilə uçurdular səni... Qoyun, oturmuşam yerimdə".  Dördpendirli pizza

Axsam.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!