Fərdadan səmimi etiraf: “Mənim də 18 plus...”

saytların hazırlanması

Evə çatdırılma

Fərdadan səmimi etiraf: “Mənim də 18 plus...”

Mədəniyyət

30 Yanvar 2024 14:03 2946


“Stand-up” müşahidələrə və yaşanmış hekayələrə söykənməlidir. “Stand-up” səmimiyyətə bağlı olan bir janrdır və bu, söhbət janrı olduğu üçün tərəf müqabilin sənin tamaşaçındır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış “stand-up” ustası Fərda Amin deyib.

Sənətçi son dövrlər komediya janrının bir növü olan “stand-up”la bağlı yaranmış tənqidlərə münasibət bildirib. Dördpendirli pizza

“Burada sən o qədər səmimi olmalı və içdən davranmalısan ki, hekayənə inansınlar və yaşamış olduğun hadisələrə tamaşaçının reaksiyası çox təbii olsun. Yoxsa bu məsələ avtomatik şəkildə alınmır. Mənim də +18 “stand-up”larım olub və buna hazır olduğumu düşünürəm. Hətta faktlar da onu göstərir ki, bugünkü gündə sosial şəbəkələr bizim həyatımıza sızandan sonra nələr-nələr paylaşılır”, – deyə o, əlavə edib.

Aktyorun fikrincə, əslində, “stand-up” formatının özü sərhədsiz zarafata söykənir:

“Yəni sən dostunla, tanışınla necə rahat söhbət edirsənsə, tamaşaçınla da o cür danışıb fikirlərini ifadə etməlisən. Yoxsa, ancaq nə gəldi danışım və s., olmaz. “Stand-up”da açıq-saçıq sözlərdənsə, mövzunun açıqlığı ola bilər. Hansı ki, bu daha rahatdır. Məsələn, dost arasında sıxıla-sıxıla danışdığın bir mövzunu səhnədən danışmağın özü bir cəsarət tələb edir və bilməlisən ki, nə danışırsan. Sənin danışdığın sözlər mövzuya xidmət etməlidir. Yoxsa anidən durub zarafat yazsan, bu, əlbəttə ki, qınağa çevriləcək”.

“O ki qaldı qınaqlara, biz əvvəlki aktyorlarımızın necə qınandıqlarının şahidi olmadığımız üçün bizə elə gəlir ki, qınaqlar indi başlayıb. Məncə, bu, bütün dövrlərdə belə olub. Sadəcə, indi hər kəsin özünü ifadə etmək vəziyyəti yaranıb və hamı öz fikrini orada yazmağı özünə borc bilir ki, guya bunun fikri nəyisə dəyişəcək. Çünki heç kəs avro və yaxud manat deyil ki, götürüb talisman kimi pulqabına qoyasan və deyəsən ki, bundan yoxdur. Sənin enerjin kimləri təsvir edə bilərsə, bəlli bir kütlənə xidməti davam etdirməlisən. Bir də ki, sən qarşına çıxan hər pərəstişkarını sevgi ilə qarşılayırsansa, insanların da səni qınaması normaldır”, – həmsöhbətimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!