Artıq Ramazan ayının 5-ci günüdür. Müşahidələr göstərir ki, oruc tutanların sayı il boyu ibadət edənlərdən daha çoxdur. Oruc tutanların arasında məşhurlar da var.
Yenisabah.az-a danışan 76 yaşlı yazıçı Seyran Səxavət isə oruc tutmadığını deyib. Qeyd edib ki, yaşı oruc tutmağa imkan vermir:
“Oruc tutmuram. Mənim yaşım keçib. O yaşda deyiləm ki, tuta bilim. Həkimlər də məsləhət görmür”.
S.Səxavət "11 ay içki çib, 1 ay oruc tutmaq olar" sualını cavabladırmaqdan imtina edib:
“11 ay içki içib, 1 ay oruc tutanlara irad bildirə bilmərəm. Çünki mütəxəssis deyiləm. Heç nə deyə bilmərəm. Qorxuram səhv edərəm, kiminsə xətrinə dəyərəm. Bilmədiyim bir mövzu haqda danışmağı xoşlamıram. Bildiyim mövzuda həvəslə danışıram. Bunu ilahiyyatçılar daha yaxşı bilər”.
Nəzrin Vahid
Telegram kanalımız