“Mənim üçün həyat yoldaşı tapmaq asandır” - Ayan

saytların hazırlanması

Evə çatdırılma

“Mənim üçün həyat yoldaşı tapmaq asandır” - Ayan

Şou

25 Aprel 2019 02:23 1420


“Şou-biznes bərbad, iflic vəziyyətdədir. Şou-biznesimiz yoxdur, tanınmış simalarımız var. Bir də günlük ifaçılar çıxır. Elə bil karaokedir, gedib oxuyurlar və vəssalam bunlar oldu bir həftə məşhur”. 

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Ayan Babakişiyevanın Axşam.az-a müsahibəsində deyib. O, dinləyicilərin zövqlərinin dəyişdiyini qeyd edib: “Bilirəm ki, toya gedib, toyu yola verə bilərəm. Amma düşünürəm ki, o, İnstaqram müğənnilərini əylənmək üçün çağırırlar”. 

A. Babakişiyeva son vaxtlar müğənnilərin yayılan videolarından da danışıb: “Hər insanın həyat tərzi və özəli var. Heç bir məşhurun arxivi təmiz deyil. "Google"da vur, hamının nələri var çıxacaq. Kim çox namusdan danışırsa, onun namusu, kişilikdən danışırsa, onun kişiliyi, analıqdan, xanımlıqdan danışırsa, onların analıq statusu yoxdur. İntim videoları çəkən günahkardır, orada olan yox. Həmin adamın vicdanı yoxdur, xaraktersizdir, insanlıqdan çıxmış məxluqdur. Hər kəsin bir işi var: hamı müəllim, həkim deyil ki... Müəllimin də, həkimin də, əxlaqsızlıq edəni var. Xaricdə belələri maaş da alır. Düşünürəm ki, gündəmdə olanların düşməni çoxdur. Texnika o qədər inkişaf edib ki, hətta hərdən deyirəm mənim fizyonomiyamı yaradarlar. Dondurmanı da üfürə-üfürə yeyirik ki, isti yeri olar”.  Pepperoni pizza

Müğənni yenidən ailə qurmaq niyyətinin olub-olmaması haqda suala belə cavab verib: “Mənim üçün həyat yoldaşı tapmaq asandır. Həyatımda qızım var. Birinci, ərdən əlavə qızımı düşünürəm. Bu da çətin məsələdir. Rəsmi nikah heç nə ifadə etmir. Dünyada o qədər rəsmi nikahı olan gördük ki... Normal, anormal boşananlar da oldu. Dünyada belə vətəndaş nikahında yaşayanlar var ki, xoşbəxtdirlər. Xoşbəxt olmasan, deməyəcəksən ki, uşaqlarıma görə dözüm. Qürurun alçalır axı, nə vaxta qədər dözəcəksən? Olmur, otur qarşılıqlı denən, bir-birimizi incitməkdənsə, ayrılaq, özəl həyatın olsun. İnsanlar çox aqresivləşir, hamı qan-qan deyir, dava-dava deyir. Gedirəm, maşını saxlayıram piyadaya yol verirəm, əlini uzadıb, qışqırır . Kiminsə həyatında nəsə səhv gedirsə, məşhurları təhqirə qaçırlar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!