Mənşəyi bəlli olmayan xəstəlik 300 nəfəri öldürüb

saytların hazırlanması

Evə çatdırılma

Mənşəyi bəlli olmayan xəstəlik 300 nəfəri öldürüb

Sağlamlıq

07 Dekabr 2020 11:21 937


Hindistanın cənub-şərqindəki Andra Pradeş əyalətində yerləşən Eluru şəhərində mənşəyi bəlli olmayan xəstəlik yaranıb.

Yenisabah.az xəbər verir ki, əhalisinin nüfuzuna görə dünyada ikinci yerdə dayanan Hindistanda bu xəstəlik səbəbilə 300 nəfər ölüb. 

Dövlət rəsmiləri xəstəliyin aşkarlanması üçün araşdırmaların başladıldığını açıqlayıb. Sezar pizza

Eluru Dövlət Xəstəxanasından bir səlahiyyətli şəxs "The Indian Express" açıqlama verərək xəstələrin vəziyyəti barədə danışıb:

"Başda uşaqlar olmaqla özlərini yaxşı hiss etmədiklərini deyərək xəstəxanaya gələnlərin gözlərində yanma olduğunu müəyyənləşdirdik. Sonra onlar qusmağa başladılar və bəziləri titrəyərək şoka düşdü".

Xəstəxanaya gələnlərin bir çoxu təxliyyə edilib. Rəsmilər ilk əvvəl şikayətlərin şəbəkə suyundan və hava çirkliliyindən qaynaqlandığını düşünsələr də, daha sonra belə olmadığı anlaşılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!