Mənsum İbrahimovun 65 illik yubileyi təntənə ilə qeyd olundu

saytların hazırlanması

Evə çatdırılma

Mənsum İbrahimovun 65 illik yubileyi təntənə ilə qeyd olundu

Mədəniyyət

07 Oktyabr 2025 17:57 657


Oktyabrın 7-də Azərbaycan Milli Konservatoriyasında tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib.

Yenisabah.az xəbər verir ki, tədbirdə çıxış edən Konservatoriyanın rektoru Kamilə Dadaş-zadə sənətkarın Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Mənsum İbrahimovun zəngin ifaçılıq məktəbi, ustad sənətkarın yetişdirdiyi gənc xanəndələr milli musiqi mədəniyyətimizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.

Tədbirdə sənətkarın pedaqoji və səhnə fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələri və həmkarları onun ifasında sevilən muğam və mahnıları səsləndiriblər. pizza hut

Sonda yubilyar sənətinə verilən yüksək qiymətə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!