"Sabah - yanvarın 25-də Yasamal Yaşayış Kompleksində yerləşən 174 sosial mənzil satışa çıxarılmalıdır. Elektron satış saat 11:00-da başlayacaq və fevral 8-də eyni saatda başa çatacaq. Birinci satışda olduğu kimi, bu dəfə də "ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək".
“Yeni Sabah” xəbər verir ki, bunuiqtisadçı-ekspert Vüqar Bayramov deyib. İqtisadçı bildirib ki, iki faizdən az insan mənzil ala biləcək:
"10 min nəfərin qeydiyyatdan keçdiyini nəzərə alsaq, bu istəkdə olanların 2 faizindən azı mənzilə sahib olacaq. Bu isə o deməkdir ki, sosial ev axtaranların 98 faizi mənzil seçimi edə bilməyəcək. Təbii ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) hazır olan evləri satışa çıxarır. Bütövlükdə, Yasamal Yaşayış Kompleksində 1843 ailə mənzillə təmin ediləcək. Bu isə o deməkdir ki, kompleks mövcud qeydiyyatdan keçmiş tələbin 18 faizindən bir az artdığını ödəyəcək. Satışda mənzil sahib olacaq ailələrlə seçim edə bilməyənlərin nisbətinə diqqət yetirsək, deyə bilərik ki, elektron satışda iştirak edənlərin böyük əksəriyyətinin ev alması texniki baxımdan mümkün deyil. Ən azı ona görə ki, mənzillərin sayı məhduddur. Aydındır ki, MİDA Yasamalda və daha sonra Hövsanda mənzilləri mərhələli şəkildə satışa çıxaracaq və tələb də mərhələli şəkildə ödəniləcək. Agentliyin tələbi tam və ya əsasən qısa zamanda ödəməsi texniki baxımdan mümkün də deyil”. Toyuqlu pizza
Telegram kanalımız