“Məqsəd Cənubi Qafqazda daimi sülhü bərpa etməkdir” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Məqsəd Cənubi Qafqazda daimi sülhü bərpa etməkdir” - Ərdoğan

Siyasət

31 Oktyabr 2021 22:40 1093


“Xüsusilə üzərində durduğumuz məsələ Cənubi Qafqazda daimi sülhü bərpa etməkdir”.

Yenisabah.az xəbər verir ki, bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan deyib ki, Cənubi Qafqazda 6-cı platformanın qurulması ilə bağlı danışıqlar davam edir: “Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan olaraq birgə addımı ataq, bölgədə sülh yaradaq. Bu mövzuda cənab İlham Əliyev zatən Ermənistana sülh təklifi edib. Əgər bu ölkələr hamısı müsbət yanaşarsa, bu platforma yaradılacaq və bölgə barış hövzəsinə çevriləcək”. pizza hut

Türkiyə Prezidenti yalnız bu halda Ermənistanla əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyini deyib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!