“Serdar Kılıç İrəvana getsə, revanşist qüvvələr məqsədyönlü şəkildə...”

saytların hazırlanması

Evə çatdırılma

“Serdar Kılıç İrəvana getsə, revanşist qüvvələr məqsədyönlü şəkildə...”

Siyasət

12 Avqust 2022 22:14 2268


“Azərbaycanın ərazi bütövlüyünə təhdid yaranarsa Türkiyə bizimlə eyni mövqedən çıxış edəcək”.

Bunu Yenisabah.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

O, Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana səfər edib həmkarı Ruben Rubinyanla görüşmək ehtimalı ilə bağlı şərh verib. pizza hut

Palitoloq bildirib ki, bu görüş qarşılıqlı əlaqələrin qurulmasına xidmət edən bir görüşdür:

“Qarşılıqlı əlaqələrin qurulması üçün hər bir detal – yəni, diplomatik əlaqələr hansı formada bərpa olunmalı, sərhədlər açılacaqsa buraxılışın hansı formada olacağı, gömrük və digər xidmətlərin, sərhəd xidmətlərinin fəaliyyəti və.s müzakirə olunmalıdır.

Türkiyə dəfələrlə bəyan etdi ki, bu, ümumi sülh prosesinin tərkib hissəsidir. Yəni, Türkiyə Azərbaycanın razılığı olmadan və sülh müqaviləsi imzalanmadan heç bir addım atmayacaq. Azəbaycan və Ermənistan arasında hər hansı şəkildə müsbət münasibət qurulsa, eyni konteksdə Türkiyə ilə Ermənistan arasında da münasibətlər qurulub deməkdir. Bu müzakirələrin isə vasitəçilərin iştirakı olmadan bir başa keçirilməsi əslində mahiyyət etibari ilə normal qəbul olunmalıdır. Çünki bir çox hallarda prosesə maneə yaradan elə vasitəçilərin özü olub”.

Siyasi şərhçi qeyd edib ki, ciddi əlaqələrin qurulmasından söhbət gedirsə o zaman nə üçün görüş Türkiyədə və yaxud Ermənistanda təşkil olunmasın:

“Türkiyə cəmiyyətinin və dövlətinin baxış bucağından bu görüşlərin Ankarada keçirilməsi və yaxud bu ölkənin başka bir şəhərində keçirilməsi üçün hər hansı bir problem yoxdur. Çünki mühit kifayət qədər tolerantdır və bura Ermənistandan bir çox insan səfər edib.

Ermənistanda belə bir görüşün keçirilməsi revanşist qüvvələrin gərginliyinin artmasına səbəb ola bilər. Yəni ki, məqsədyönlü şəkildə onlar yenidən eyni prosesi başlatmaq niyyəti güdə bilərlər. Bu aspektdə keçiriləcək görüşün təhlükəsizliyi baxımından Ermənistanla bağlı məsələlər narahatlıq doğura bilər. Ancaq mahiyyət etibarilə daha öncə də Türkiyə rəsmiləri bəyan edib ki, bu, ümumi sülh tənzimləmə prosesinin tərkib hissəsidir. İndiki vəziyyətdə Türkiyə bu addımları atsa, bu, Ermənistana sülh şəraitində yaxşı nəticələr alacağına dair bir mesajdır”.

Fərhad Mehdiyev qeyd edib ki, bu görüşdə Azərbaycanın maraqlarına zidd heç bir addım yoxdur.

“Çünki Azərbaycanla Türkiyə arasında olan münasibətlər strateji müttəfiqlik münasibətləridir. Qarşılıqlı münasibətlərin ən yüksək səviyyəyə çatdırılması üçün Şuşa bəyannaməsi imzalanıb. Bu bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan hər hansı bir vəziyyət zamanı Türkiyənin Azərbaycanla eyni mövqedən çıxış edəcəyi xüsusilə vurğulanıb. Bu aspektdən də Azərbaycan üçün narahatçılıq yaradacaq hər hansı bir amilin olmadığını düşünürəm”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!