Almaniyanın və dünyanın ən aparıcı avtomobil istehsalçılarından olan “Mercedes” ABŞ-da 744 min avtomobili əhatə edəcək bir geriçağırma kampaniyasına start verib.
"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, şirkətdən açıqlama verilib ki, 2001-2011-ci illər arasında ABŞ-da satılmış “C klass”, CLK, CLS və “E klass” modellərin panoramik şüşə tavanlarının yerindən çıxma riski olduğu aşkarlanıb.
Bununla əlaqədar “Mercedes” markasını istehsal edən “Daimler” şirkəti bu modelləri geri çağırmağa hazırlaşır. pizza sifarişi
Qeyd edək ki, “Mercedes Benz” ötən il ABŞ-dan 1.4 milyon avtomobili geri çağırdığı üçün 20 milyon dollar cəzaya məhkum edilmişdi.
Telegram kanalımız