“Meriya Milli Şuranın mitinqinə icazə verməzsə...”

saytların hazırlanması

Evə çatdırılma

“Meriya Milli Şuranın mitinqinə icazə verməzsə...”

Siyasət

18 Fevral 2019 18:08 2423


Milli Şura fevralın 23-də saat 15-dən 17-dək Məhsul stadionunda mitinq keçirmək barədə qərar qəbul edib. Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib.

“23 Fevral mitinqindən gözləntilərimiz böyükdür. Həmin tarixdə də aksiyamızın yüksək səviyyədə keçəcəyini düşünürük”.

Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyev “Yeni Sabah”a açıqlamasında mitinqdən danışarkən deyib. O bildirib ki, ölkədəki vəziyyət mitinqin yüksək səviyyədə keçirilməsini diktə edir: pizza mizza

“İnsanların ağır sosial-iqtisadi vəziyyətdə yaşaması bizi əmin edir ki, bu dəfəki mitinq də kifayət qədər izdihamlı keçəcək. Eyni zamanda aksiyanın müəyyən şüarlarına xalqımızın dəstəyi var. Bilirsiniz, mitinqin tələbləri içində ölkədə siyasi məhbusların azadlığı, bank kreditlərinin ləğv olunması, oğurlanmış milyardların ölkəyə qaytarılması və.s kimi tələblər mövcuddur. Xalqın da yaşayış səviyyəsi, maddi durumu ağır vəziyyətdədir. Ölkənin ümumi görünüşü bizi narahat edir. Bunun nəticəsində 19 yanvar mitinqi daha izdihamlı keçdi. Düşünürəm ki, 23 fevral mitinqi də yüksək səviyyədə olmalıdır. Artıq insanların bu yöndəki təşəbbüsü bunu deməyə əsas verir”.

O.Gülalıyev  Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icazə verməyəcəyi təqdirdə hansı addımların atılacağından söz açıb:

“Biz razılaşdırılmış mitinqin olmasına çalışırıq. Bu razılığın alınması istiqamətində addımlar atılıb və meriyaya müraciət edilib. Hakimiyyət bu mitinqə icazə verməlidir. Əgər əksi olarsa, bu artıq ölkədə sərbəst toplaşmaq azadlığının  faktiki olaraq tam aradan qaldırılmasını göstərəcək. Yəqin ki, bundan sonra dəyərləndirib müvafiq addımlar atacağıq”.

Qeyd edək ki, bundan öncə, Milli Şura yanvarın 26-da Bakıda "Məhsul" stadionunda "Siyasi məhbuslara azadlıq" tələbi ilə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsədəuyğun saymayıb.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!