Almaniya kansleri Angela Merkel bəyan edib ki, Qarabağ münaqişəsinin nizamlanması, bütün tərəflərin məmnun qalması zaman tələb edəcək.
"Yeni Sabah" xəbər verir ki, bununla bağlı İnterfax-Azerbaijan məlumat yayıb.
“Qarşıda uzun yol var. Yalnız bir tərəfin məmnun qalması mümkün deyil. ATƏT-in Minsk qrupunun imkanlarından istifadə etmək lazımdır”, - A.Merkel cümə günü Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib. (oxu.az)
Telegram kanalımız