Əqli Mülkiyyət Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun sədrliyi ilə Agentliyin geniş tərkibli iclası keçirilib.
“Yeni Sabah” xəbər verir ki, toplantıda ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyindəki Patent və Əmtəə Nişanları Mərkəzinə 2016-cı ildən 2018-ci il avqustun 1-dək d iddia sənədlərinin ekspertizası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş prosedurların icra vəziyyəti geniş müzakirə edilib.
Komissiyanın məlumatında bildirilib ki, 2018-ci il avqustun 1-dək Patent və Əmtəə Nişanları Mərkəzinə ixtiralar üzrə 532, faydalı modellər üzrə 96, sənaye nümunələri üzrə 120, əmtəə nişanları üzrə 5398, coğrafi göstəricilər üzrə isə 32 idda iddia sənədi daxil olub. İddia sənədlərinin icra vəziyyətinin təhlili zamanı sənaye mülkiyyətinin ayrı-ayrı növlərinin qeydiyyata alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin bir hissəsinin icrasının vaxtında başa çatdırılmadığı, o cümlədən iddia sənədlərinin dərcində ləngimələrə yol verildiyi müəyyən edilib. Komissiyanın rəyinə görə, yol verilmiş nöqsanların səbəbləri icraya zəif nəzarət və iş bölgüsünün düzgün aparılmaması olub. pizza hut
İclasda qeyd edilən müddətdə iddia sənədlərinin ekspertizasına dair məlumatların “Sənaye mülkiyyəti” bülletenində dərci sahəsində görülmüş işlər, o cümlədən sənədlərin icrası prosesindəki ləngimələrin səbəbləri müzakirə edilib.
Telegram kanalımız