Mərkəzi Bank 2019-cu ildə pul siyasətinin əsas istiqamətini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank 2019-cu ildə pul siyasətinin əsas istiqamətini açıqladı

İqtisadiyyat

26 Yanvar 2019 20:44 1179


Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov qurumun İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında qarşıda duran başlıca vəzifələrə diqqəti çəkib.

“Yeni Sabah”ın məlumatına görə, sədr bildirib ki, prezidentin irəli sürdüyü inkişaf strategiyasına, eləcə də, AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsi qarşıda duran başlıca strateji vəzifədir.

Bu məqsədlə qurum öz mandatına – qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsi daha da təkmilləşdiriləcək. pizza hut

Elman Rüstəmovun sözlərinə görə, 2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir. Bunu nəzərə alaraq AMB özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcək.

2019-cu ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqla qiymət sabitliyinin AMB-nin səlahiyyətləri çərçivəsində qorunması olacaq. Buna nail olmaq üçün AMB-nin sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə ediləcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcər.

Manatın ikitərəfli məzənnəsinin dayanıqlığı növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!