Mərkəzi Bank: Əməkhaqqı və təqaüd kartları üzrə sərbəst bank seçimi müzakirə edilir

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank: Əməkhaqqı və təqaüd kartları üzrə sərbəst bank seçimi müzakirə edilir

İqtisadiyyat

02 May 2025 10:26 359


Azərbaycan Mərkəzi Bankı (AMB) əməkhaqqı və sosial ödəmə kartları ilə bağlı sərbəst bank seçimi məsələsinə aydınlıq gətirib.

Yenisabah.az "APA-Economics"ə istinadla xəbər verir ki, ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir.

Hazırda təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədilə hazırda Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır. pizza hut

"Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir", - AMB-dən əlavə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!