Azərbaycan Mərkəzi Bankının pulsayan maşınların alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.
“Yeni Sabah” xəbər verir ki, bu haqda AMB hələ ötən ay tender elan etmişdi. Elan 4 lot üzrə verilmişdi:
- AMB-da xəzinə infrastruktrunun və əsginas çeşidləyici sistemlərin istismarını təmin etmək üçün təlabata uyğun qablaşdırma materiallarının satın alınması. Marqarita pizza
- Elektrikli yükqaldıranların satın alınması.
- Pulsayan maşınların satın alınması.
- Dizayner studiyası üçün fotoaparaatın və onun linzasının satın alınması.
Tender aprelin 18-də keçirilməli idi. Amma bu baş tutmayıb.
Bu haqda Mərkəzi Bankın yaydığı elanda birinci - qablaşdırma materiallarının satın alınmasından başqa digər lotlar üzrə tender həyata keeçirilmədiyi bildirilir. Bunun səbəbləri haqda heç bir açıqlama verilməyib.
Telegram kanalımız