Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəhram Bağırzadənin səhhətindən danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəhram Bağırzadənin səhhətindən danışdı - Video

Mədəniyyət

19 İyun 2020 22:20 1401


“Bəhram Bağırzadənin ümumi sağlamlıq vəziyyəti stabil, kritik ağır olaraq qalır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev ATV kanalında yayımlanan “ATV xəbər” proqramına verdiyi müsahibəsində deyib. B.Musayev Əməkdar artistin sağlamlığında cüzi irəliləyişin olduğunu bildirib:

“Müəyyən laborator rentgenoloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir. Lakin Bəhramın vəziyyəti hələ də ağırdır”. Pepperoni pizza

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirusa yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!