Çinin Sintzyan Uyğur Muxtar Vilayətinin yaşayış məntəqələrindən birində məscidin yerində ictimai tualet inşa edilməsi barədə məlumatlar var.
Yenisabah.az xəbər verir ki, bu haqda “Opindia” portalı informasiya yayıb.
Sintzyanın Suntaq kəndində Tokul məscidi fəaliyyət göstərirdi. Lakin 2016-cı ildən Çin hökumətin göstərişi ilə bölgədə müsəlmanların dini binaları sökülməyə başlanıb və həmin məscid də dağıdılıb. Pepperoni pizza
Bir müddət sonra yerli hakimiyyət Tokul məscidinin yerində ictimai tualet tikdirərək Uyğur müsəlman əhalisini qəzəbləndirib.
Moderator.az yazır ki, yerli sakinlərdən birinin “Azad Asiya” radiosuna verdiyi müsahibədə bildirdiyinə görə, kəndlilərin evlərində tualetləri olduğu halda ictimai tualetin qurulmasının səbəbləri məlum deyil.
Telegram kanalımız