Azərbaycanda Fitr bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.
Yenisabah.az xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Əjdərbəy məscidində bayram namazı saat 9:00-da, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin iştirakı ilə icra olunub.
Bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Fitr bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.
Telegram kanalımız