Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə keçiriləcək

Din

01 Sentyabr 2023 12:32 10218


Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi keçirəcək.

Yenisabah.az xəbər verir ki, Müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələsində isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.

19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113-ü qadın olmaqla, 293 nəfərin müraciəti qeydiyyata alınıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!