“Məsələni uzatmağa ehtiyac yoxdur” – Deputat qalmaqallı çıxışından danışdı 

saytların hazırlanması

Evə çatdırılma

“Məsələni uzatmağa ehtiyac yoxdur” – Deputat qalmaqallı çıxışından danışdı 

Siyasət

16 Fevral 2022 12:03 1967


“Əlbəttə, mən Yeni Azərbaycan Partiyasını təmsil edirəm. Sözsüz ki, bu, yeni bir şey deyil. Parlamentdə siyasi partiyaları təmsil edən bütün deputatlar mənsub olduqları partiyanın etimadı ilə Milli Məclisdə təmsil olunurlar”.

“Yeni Sabah” xəbər verir ki, bunu Bakıvaxtı.az-a  millət vəkili Məlahət İbrahimqızı deyib.

Qeyd edək ki, Məlahət İbrahimqızının ötən gün parlamentdə ikinci oxunuşda “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı söylədiyi “Mən parlamentə dünən gəlməmişm. Ulu öndər mənə beş dəfə etimad edib” fikri birmənalı qarşılanmayıb. Buna aydınlıq gətirən millət vəkili deyib ki, təmsil olunduğu hakim partiya, onun rəhbərliyi və Sədri, xalqımızın alternativsiz Lideri YAP tərəfinfən irəli sürülən namizədlərə etibar etməsə, onlar necə seçkidə iştirak edə bilər: “Eləcə də mən... Bu, istənilən siyasi partiya üçün də belədir”. Toyuqlu pizza

Müzakirələr zamanı söylədiyi fikirlərin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə qarşı yönəlmədiyini də deyən Məlahət İbrahimqızı bildirib ki, Milli Məclisdə Şeyxə qarşı hər zaman xüsusi hörmət olub: “O, Qafqazın dini lideridir. Azərbaycanlı olaraq, bu, əlbəttə, təqdirəlayiqdir”.

Millət vəkili deyib ki, Şeyxin Azərbaycanda xidmətləri danılmazdır: “Həm Qafqaz Müsəlmanları İdarəsinə, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ictimaiyyət, eləcə də biz dəstək verib, ölkəmizdə möhtərəm Prezidentimizin bütün sahələrdə, eləcə də dini etiqad azadlıqları sahəsində apardığı uğurlu islahatları, yeni qurulan infrastruktur layihələrini dəstəkləməli və təqdir etməliyik. Hesab edirəm ki, məsələni uzatmağa ehtiyac yoxdur”, - deyə Məlahət İbrahimqızı vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!