Marvel seriyasının filmlərindən olan "Black Panther"in baş rol oyunçusu amerikalı aktyor Çadvik Bosman vəfat edib.
Yenisabah.az xəbər verir ki, aktyorun 43 yaşında həyatını itirməsinə səbəb xərçəng xəstəliyi olub. Ona ilk dəfə 2016-cı ildə xərçəng diaqnozu qoyulub. Aktyor dörd ildir ki, bu bəla ilə mübarizə aparırdı.
Qeyd edək ki, Çadvik Bosmanın ölümü ilə bağlı onun sosial şəbəkə hesabından məlumat paylaşılıb: pizza hut
"Bosmanın ölümü barədə xəbər verdiyimiz üçün çox kədərliyik. "Black Panther" filmindəki "Kral T'Challa"nı canlandırmaq onun üçün çox dəyərli idi".
Telegram kanalımız