Məşhur azərbaycanlı idmançı qətlə yetirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Məşhur azərbaycanlı idmançı qətlə yetirildi - Foto

Kriminal

04 Sentyabr 2024 18:52 1094


İranda boks komandasının rəhbəri qadınlar tərəfindən qətlə yetirilib.

Musavat.com İran mediasına istinadən xəbər verir ki, Tehran əyalətinin Rabat-Kərim şəhər Polis İdarəsinin komandiri Teymur Kəlantəri bildirib ki, dünən keçmiş idmançı və İranın boks üzrə millisinin məşqçisi İsa Gülməhəmmədi evinin bağında qətlə yetirilib.

Məlumata görə, bağın gözətçisi dindirilərkən etiraf edib ki, idmançı ötən gecə evə iki qadınla birlikdə gəlib. O bildirib ki, daha sonra odlu silahdan açılan atəş səsini eşidib və İsa Gülməhəmmədinin öldürüldüyünü görüb. pizza

Qeyd olunub ki, qatillər idmançının telefonunu da götürərək, hadisə yerindən qaçıblar.

Hələlik təqsirkarların axtarışları davam edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!