Məşhur bazar sökülür - Səbəb nədir? -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məşhur bazar sökülür - Səbəb nədir? - VİDEO

Hadisə

14 Aprel 2026 14:04 5373


Qəbələ rayonunun Vəndam qəsəbəsindəki bazar sökülür.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsidir.

Yolun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində köhnə körpü dağıdılıb və yenisi inşa olunur. Vəndam bazarının ərazisi tikinti sahəsinə düşüb. Artıq ətraftakı mağazalar boşaldılıb və sökülür. pizza

Eyni zamanda, Vəndamda magistralın kənarında yerləşən evlər və hasarlar da plana düşüb, söküntüsünə başlanılıb, ağaclar kəsilib.

Qeyd edək ki, yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!