“Marvel”in filmlərində oynayan britaniyalı aktyor Rey Stivenson İtaliyada çəkilişlər zamanı dünyasını dəyişib.
Yenisabah.az “La Repubblica”ya istinadla xəbər verir ki, sənətçi özünü pis hiss edib və Tirren dənizindəki İskia adasındakı xəstəxanaya aparılıb.
Bir neçə gün klinikada onun vəziyyəti yaxşılaşmayıb və Stivenson mayın 22-də 59 yaşında vəfat edib. Aktyorun ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb. Dördpendirli pizza
Xatırladaq ki, R. Stivenson tamaşaçılara “Roma” serialında legioner Titus Pullon və “Tor” haqqında “Marvel” filmlərində Volştaq rolları ilə tanınıb. Bundan əlavə, o, “Vikings”, “Dexter”, “Medici”, “Divergent”, “İlayanın kitabı”, “İrlandiyalı” seriallarında rol alıb.
Telegram kanalımız