Məşhur diktor koronavirusa yoluxub?

saytların hazırlanması

Evə çatdırılma

Məşhur diktor koronavirusa yoluxub?

Mədəniyyət

17 İyun 2020 14:15 1643


Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları arasında COVID 19-a yoluxma hallarının artdığı iddia olunur.

Dominant.az-a AzTV-dən daxil olan məlumatda bildirilir ki, virusa yoluxanlar arasında məşhur diktor, Əməkdar artist Rafiq Həşimov da var.

Məlumatı dəqiqləşdirmək üçün R.Həşimovun özü ilə əlaqə saxladıq. Diktor bildirdi ki, yayılmış məlumat əsassızdır: "Mən test vermişəm, cavab neqativ çıxıb. Məndə COVID-19 yoxdur". pizza mizza

Qeyd edək ki, bundan öncə - Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri zamanı AzTV-nin operatorunda koronavirus aşkarlanmışdı. AzTV-in virus aşkarlanmış operatoru ilə yanaşı, səfərdə olmuş bütün əməkdaşları - 9 nəfər Tərtərdən qayıdan kimi karantinə alınmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!