Məşhur futbolçu vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçu vəfat etdi

İdman

12 Aprel 2019 15:58 965


Əfsanəvi türk futbolçu Can Bartu 83 yaşında vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fənərbaxça" klubu məlumat yayıb. 

Can Bartu idman karyerasına "Fənərbaxça"da basketbol oynayaraq başlayıb, daha sonra isə şansını futbolda sınayıb. O, 1955-1961-ci ildə klubun formasını geyinib. Türk futbolçu 1961-1967-ci illərdə İtaliyanın "Fiorentina", "Venezia" və "Latsio" klublarında çıxış edib. 1967-ci ildə "Fənərbaxça"ya dönən Can Bartu 3 il doğma klubunda oynayıb. O, "sarı-lacivertli" forma ilə 326 oyuna çıxıb və 162 qola imza atıb. Dominos pizza

Bartu Türkiyə milli komandasında 28 dəfə forma geyinib və 6 qol vurub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!