Məşhur futbolçular Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçular Bakıya gəlir

İdman

21 Fevral 2019 19:35 1207


Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya gələcək məşhur futbolçuların adları açıqlanıb.

"Yeni Sabah" AFFA-nın saytına istinadən xəbər verir ki, yaxın vaxtlarda Eydur Qudyonssen, Deku, İrji Dudek, Revaz Arveladze və Mikael Essyen kimi ulduzlar Bakıya səfər edəcəklər.

Onlar yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanov və digər futbol ulduzları ilə birgə futbol oynayacaqlar. Martın 3-də keçiriləcək “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma saat 12:30-da başlayacaq.    Sezar pizza

Hər komandada 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək.

Avropa Liqasının final matçı mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!