Məşhur hüquqşünasdan VK sədrinə şok ittihamlar: “Həmişə əl altında işləyib...”

saytların hazırlanması

Evə çatdırılma

Məşhur hüquqşünasdan VK sədrinə şok ittihamlar: “Həmişə əl altında işləyib...”

Siyasət

24 Fevral 2019 18:33 1413


“Vəkillər Kollegiyasının sədrinin son addımları və açıqlamaları göstərir ki, hörmətli Anar Bağırov atəşkəs və ya “bütün cəbhə boyu qəti hücum” arasında seçim qarşısında qalıb. Buna görə də hər iki istiqamətdə işlər aparır”.

“Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas Adil İsmayilov son vaxtlar kollegiya tərəfindən vəkillərin cəzalandırılması ilə bağlı qərarlara münasibət bildirərkən deyib. A. Lsmayılov bildirib ki, bütün ömrü boyu insanlarla işləyib, qarşılaşdığı bütün insanlar kimi VK sədri Anar Bağırovu da gözəl tanıyır: “Sədr təcrübəsizdir, müstəqil deyil, bir az da emosionaldır. Əvvəllər belə vəziyyətdə olmayıb, parnikdə böyüyüb, həmişə əl altında işləyib, nə edəcəyini müəyyən edə bilmədiyi üçün hərəkətlərində ardıcıl deyil. 

Əvvəl bir təhqiredici status yazdı, sonra onu gizlətdi, deyirlər ki, indi təzədən açıb. Sonra ona inboxda göndərdiyim salamı almadı və məni blokladı, bu səbəbdən səhifəsini görmürəm. Aramızda öz təşəbbüsü ilə sülhə nail olmağa çalışan bir ümumi tanışımızla xəbər göndərib ki, mən balaca, hətta bapbalaca bir təkzib yazsam, məni bağışlayacaq və olanları unudacaq.  Dominos pizza

Mən təklifini rədd edəndə şaiyə buraxıb ki, məni bağışlaması üçün elçi göndərmişəm. Adam indiyə kimi məni tanıya bilməyib, təəssüf edirəm. Ondan fərqli olaraq bütün həyatım mübarizədə keçib. Özümü dərk edəndən oyunların içində olmuşam və bacardığım qədər öz oyunumu oynamağa çalışmışam.

Yadınızda olar yazmışdım ki, "Hər kəsin fikir, söz və əqidə azadlığı vardır. Yaltaqların da" . 4 gündür ki, Anar müəllim onların bu azadlığına müdaxilə edib, aktiv müdafiəçiləri onun göstərişi ilə daha mənə açıq hücum etmir, fikir verirsinizsə statuslarımda gecələyən gözəgirənlər bir neçə gündür görünmür. Eyni zamanda passivlərdən mövqelərini müəyyənləşdimək tələb edilir. Çox maraqlı proseslər gedir, bir yandan mənim əleyhimə imzalar toplanır, digər tərəfdən sədrin “dostları” mənə kompramatlar ötürürlər.

Hazırki vəziyyətin uzun sürməyəcəyi bəllidir. Bu vəziyyətdən qarşıduran tərəflərin hə ikisi üçün optimal çıxış yolu təklif edirəm. Mənim məlum statusumda yazdığım suallar hamının başa düşəcəyi və qəbul edəcəyi qaydada, konkret sənədlərə istinad edilməklə cavablandırılır. Məsələn yazılır ki, RH-in icarəyə götürdüyü bina vətəndaş Məmmədova məxsusdur, aylıq 8-10 min manat icarə haqqı ödənilir. Yaxud rəhmətlik Azər Tağıyev sədrlikdən gedəndə VK-nın bank hesabında N məbləğdə vəsait olub və bunları təsdiq edən sənədlər əlavə edilir. Məsələ qapanır. Ya da hər kəs öz səviyyəsində mücadiləyə davam edir. Mən sözümü dedim, növbə sizindir”. 

A. İsmayılov qeyd edib ki, o heç vaxt görmədiyi kinodan, oxumadığı kitabdan, olmadığı ölkədən, bir sözlə bilmədiyi şeylərdən danışmayıb: “Vəkilliyin yeni rəhbərliyinin vəkillikdə inqilabi dəyişikliklər etməsindən bəh-bəhlə danışan kollegiyalarım, bilirsinizmi ki, 2017-ci ilə kimi Rəyasət Heyətinin cəmi 11 üzvü olub. Onların 6 nəfəri, o cümlədən sədriniz, bu gün Rəyasət Heyətinin üzvüdür. RH-də bütün qərarların adi səs çoxluğu ilə qəbul edilməsi nəzərə alınsa, indiki rəhbərlik o vaxtda çoxluqda olub. Yəni VK rəhbərliyi faktiki olaraq dəyişməyib”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!