Məşhur idman saytı Qurban Qurbanovdan yazdı - “Sensasiya komandasının...”

saytların hazırlanması

Evə çatdırılma

Məşhur idman saytı Qurban Qurbanovdan yazdı - “Sensasiya komandasının...”

İdman

22 Oktyabr 2025 16:52 475


Rusiyanın məşhur idman saytı olan "Çempionat.com" "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov haqqında süjet hazırlayıb.

Yenisabah.az xəbər verir ki, çarxda Qurbanovun uğur hekayəsindən bəhs edilir.

Bildirilib ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində iki qələbə qazanıb. Dördpendirli pizza

"Sensasiya komandasının baş məşqçisi ilə tanış olun: Rusiyada oynayıb, klubu 17 ildir çalışdırır və artıq 10 çempionluq əldə edib. 90-cı illərdə Qurban Qurbanov "Fakel" klubunu Rusiya yüksək liqasına çıxarırdı. İndi isə o, Azərbaycan futbolu tarixinin ən uğurlu baş məşqçisidir. Hətta bir komandada uzun müddət işləmək baxımından dünyada ikinci yerdədir", - deyə sujetdə qeyd olunub.

Qeyd edək ki, "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda İspaniyanın "Atletik Bilbao" klubu ilə növbəti qarşılaşmasını keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də "San Mames" stadionunda baş tutacaq./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!