Azərbaycanın güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyevə mayor hərbi rütbəsi verilib.
“Yeni Sabah”ın xəbərinə görə, bu barədə idmançı özünün sosial şəbəkə hesabında paylaşım edib.
H.Əliyev bildirib ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev rütbəni ona təqdim edib: Pepperoni pizza
“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.
Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm”.

Telegram kanalımız