Məşhur ilahiyyatçı müəmmalı şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Məşhur ilahiyyatçı müəmmalı şəkildə öldü

Maraqlı

27 May 2020 13:00 1207


Bursanın tanınmış simalarından olan ilahiyyatçı yazar, Türk musiqisi sənətçisi Mürşit Kavurmacı evinin yaxınlığındakı dənizdə ölü olaraq tapılıb. 

Yenisabah.az xəbər verir ki, Kavurmacının ölüm səbəbi hələlik bilinmir. Məlumata görə, evindən gəzmək üçün çıxan Kavurmacıdan uzun müddət xəbər almaq mümkün olmayıb. Narahat olan ailə üzvləri onu axtarmağa başlayıblar. Nəticədə yazıçının cəsədi evindən 20 metr aralıdakı qayalığın dibində suda tapılıb. Kavurmacının başında və qarnında yaraların olduğu bildirilib. Hazırda onun onun tarazlığını itirərək suya düşmüş ola biləcəyi düşünülür. Məsələni dəqiqləşdirmək üçün cəsəd məhkəmə-tibbi ekspertizasına göndəriləcək. 

Bildirək ki, hadisə axşam 21:30 radələrində Bursanın Mudanya bölgəsində baş verib.  pizza sifarişi

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!