Məşhur ispan filosofu ilk dəfə Azərbaycan dilinə tərcümə edilib

saytların hazırlanması

Evə çatdırılma

Məşhur ispan filosofu ilk dəfə Azərbaycan dilinə tərcümə edilib

Mədəniyyət

20 Yanvar 2020 17:28 1736


İspaniya İmperiyasının son illərinə doğru, ölkələki səfalət, yoxsulluq, savadsızlıq mühitinin vüsət aldığı bir dövrdə ortaya çıxan və daha sonra 98 Nəsli adlandırılacaq mütəfəkkirlərin ən qabaqcıl simalarından olan filosof, yazıçı və şair, uzun illər Salamanka Universiteti kimi köklü bir ali təhsil ocağının rektoru olmuş Miqel de Unamuno ilk dəfə Azərbaycan dilində oxuculara təqdim edilib.  

"Yeni Sabah" xəbər verir ki, qısqanclıq, paxıllıq, kin, həsəd kimi ibtiadi insan davranışları və bunlara qarşı bağışlamaq kimi ən ali insan xüsusiyyətlərinin, fərdiliyin, ekzistensial fəlsəfənin əks olunduğu “Abel Sançes – bir iztirabın tarixçəsi” romanı original ispan dilindən Əfqan Xəlillinin tərcüməsində “Parlaq İmzalar” nəşriyyatı tərəfindən oxuculara təqdim edilib.  

Bir çox müasir qərb filosofları, mütəfəkkir və yazıçılara öz fikir və əsərləriylə təsir etmiş Miqel de Unamuno indiyə qədər ilk dəfədir ki, Azərbaycan dilində geniş oxucu kütləsi qarşısına çıxır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!