Məşhur kloun cərimələndi: “Yol polisi məni saxladı, o 200 manatla…” -   Video

saytların hazırlanması

Evə çatdırılma

Məşhur kloun cərimələndi: “Yol polisi məni saxladı, o 200 manatla…” - Video

Şou

22 İyul 2020 14:49 5569


“Karantin müddətində heç bir tədbirdə iştirak etməmişəm. 190 manatlıq yardım üçün müraciət etsəm də, adıma torpaq olduğu üçün imtina cavabı aldım”. 

Bu sözləri Yenisabah.az-a “Aquşa” kimi məşhurlaşan animator Ağa Piriyev deyib.

O, əlavə edib ki, hazırda 32 min manat borcu var. “Yeni Günəşlidə ev almışdım, onu başqa adama da satmışdılar. Evi tikən şəriklər arasında problemlər var idi. Aldım, təmir etdim, sonra da evi əlimdən aldılar. Sonra mənə başqa ev verdilər – kvadratı ondan daha kiçik, qiyməti də baha. Hazırda “Şərur MTK”ya 32 min manat borcum var”, - deyə Ağa Piriyev vurğulayıb. pizza

Animator bu günlərdə sosial şəbəkələrdə videomüraciət yayıb. O müraciətində haqsız yerə cərimələnməsindən şikayətlənib. 

“Mən animatoram və kloun kimi fəaliyyət göstərirəm. Bu işdən asılıyam, başqa gəlir mənbəyim  yoxdur. 190 manatlıq yardım üçün də cavab almamışam. Karantin günlərində dostlarımdan  bir sifariş aldım, Bakı kəndlərindən birində məclis idi, ora getmək istəyəndə yol polisi məni saxladı. Bildirdim ki, ruzi dalınca gedirəm, iş-güc yox, heç bir yerdən köməklik gəlmir. Amma o da məni 200 manat cərimələdi. Mənim heç yerdən gəlir yerim yoxdur, mən də yaşamalıyam axı. 5-10 manata görə isdədim bir iş götürüm, o da belə oldu... Bu nə dərəcədə düzgündür, bunu aydınlaşdıraq. 200 manat cərimələmək nə qədər düzgündür, 200 manata bir ay dolanmaq mümkündür”, - deyə Ağa Piriyev bildirib.

“Aquşa” bizimlə söhbətində bildirib ki, müraciətinə də heç bir reaksiya verilməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!