Üçüncü övladını bir neçə ay əvvəl qucağına alan məşhur müğənni Rihannanın ABŞ-nin Los Anceles şəhərində yerləşən evinin olduğu ərazidə silahlı insident baş verib.
“Yeni Sabah”ın xəbərinə görə, sosial mediada müğənninin təhlükəsizliyi müzakirə mövzusuna çevrilib.
ABŞ mediasında yer alan xəbərlərə görə, hadisə Rihannanın Beverly Crest bölgəsində yerləşən evinin yaxınlığında baş verib. Pepperoni pizza
Məlumata görə, təxminən 30 yaşlarında bir qadın Rihannanın evinin qarşısında avtomobildən AR-15 tipli tüfənglə bir neçə dəfə atəş açıb. Rəsmilər hadisə zamanı təxminən 7-10 güllə atıldığını, güllələrdən bəzilərinin evin divarına və giriş hissəsinə dəydiyini açıqlayıb.
Bildirilib ki, Rihanna hadisə baş verən zaman evdə olub, lakin xəsarət almayıb. Polis qısa müddət sonra şübhəli qadını saxlayıb və hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilib.
Hücumun səbəbi isə hələlik açıqlanmayıb.
Aydan Hacı
Telegram kanalımız