Türkiyədə ötən ay keçirilən prezident seçkilərinin hər iki turunda hakimiyyətdən olan rəqibi Rəcəb Tayyip Ərdoğana böyük fərqlə uduzan müxalifət lideri, CHP sədri Kemal Kılıçdaroğluna qaşrı ittihamlar səngimək bilmir. Bu dəfə tanınmış hüquq professoru, siyasi şərhçi Ersan Şen Kılıçdaroğlunu tənqid atəşinə tutub.
Yenisabah.az xəbər verir ki, tanınmış professor ötən gün “Sözcü TV”nin canlı efirində 74 yaşlı siyasətçinin “daşını daş üstə qoymayıb”. O, K. Kılıçdaroğlunun illərdir uğursuzluq zolağından çıxa bilmədiyini deyib.
E.Şen CHP sədrini bacarıqsızlıqda suçlayıb: “Hər iki seçkidə rəqibinə böyük fərqlə məğlub oldu. Arada 2 milyondan çox səs fərqi var. Bir müxalifət lideri belə rəzil duruma düşərmi? Hələ utanmadan partiyasının İdarə Heyətinin üzvlərini istefaya göndərir. Bilirsiniz, bu nəyə oxşayır? Təsəvvür edin ki, bir komanda matçı uduzub. Baş məşqçi isə özündə heç bir günah görmür, əksinə, köməkçisini, həkimi, topdaşıyanı istefaya göndərir. Kemal Kılıçdaroğunun davranışı buna bənzəyir. Bu adam Allahdan qorxmur”. Sezar pizza
Məşhur hüquqşünas Türkiyə müxalifətinin Kılıçdaroğlunun liderliyi altında heç vaxt qalib gələ bilməyəcəyini iddia edib:
“İnanın, bu adam bundan sonra 13 dəfə seçkiyə girsə, yenə hamısında uduzacaq. İndi istəyir ki, ən azı, bələdiyyə seçkilərinə kimi postunu qorusun. Kılıçdaroğlunun rəhbərliyi altında bələdiyyə seçkilərinə getmək isə siyasi intihara bərabərdir. Nə qədər ki bu adam istefa verməyib, CHP və müxalifət prezident və parlament seçkilərində olduğu kimi, bələdiyyə seçkilərində də biabırçı şəkildə məğlub olacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız